Taksilərdə yeni cihazlar quraşdırılacaq

Gələn ilin mart ayından Bakıda fəaliyyət göstərən taksilərdə GPS, taksometr və naviqasiya aparatlarının quraşdırılması prosesinə başlanılacaq. Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib. Onun sözlərinə görə, mart ayından taksilərin ilkin siyahısı müəyyən olunacaq: “Mart ayından müəyyən ediləcək ki, birinci hansı aparatlar, hansı taksilərə quraşdırılsın”.
N.Allahyarova qeyd olunan aparatların kimin hesabına quraşdırılması məsələsinin gələcəkdə müzakirə olunacağını bildirib. Onun sözlərinə görə, bu cihazlar vasitəsilə taksilərin ümumi fəaliyyətinə nəzarət etmək mümkün olacaq: “Bu cihazlar həm də ona görə quraşdırılır ki, taksilər yüksək texnologiyalardan istifadə etməklə sərnişinlərə normal xidmət göstərsinlər”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












