Taksilərdəkı videokameralardakı informasiyaların təhlükəsizliyi necə qorunacaq? - VİDEO

Nazirlər Kabinetinin taksilərlə bağlı qəbul etdiyi yeni tələblərdə minik avtomobillərinə bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar quraşdırılmalıdır.
Bəs görəsən, taksi sürücülərinin videokamera ilə salondakı sərnişinlərlə bağlı topladığı fərdi informasiyaların taleyi necə olacaq? Bu video-məlumatların təhlükəsizliyi necə qorunacaq?
Avtosfer.az xəbər verir ki, təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirir ki, taksilərdə nəzarət-müşahidə kamerasının quraşdırılmasının sərnişinlərdə hər hansı naratlıq doğurmasının heç bir əsası yoxdur. Çünki oradakı video informasiyaların üçüncü şəxslə paylaşılması yolverilməzdir.
Elmar Nurəliyev qeyd edir ki, nəzarət-müşahidə kameralarının olmasının müsbət tərəfləri var. Bu, sərnişinə və ya sürücüyə dəymiş zərəri aydınlaşdırmaq üçün mühüm addımlardan biridir.
Onun sözərinə görə, taksilərə yerləşdirilən bu kameralar dünyanın bir çox ölkələrində də var. Ekspert həmçinin taksi sürücülərinə bununla bağlı xüsusi təlimlərin keçriliməsinin vacibliyini də vurğulayıb.
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxlamağa çalışsaq da, suallarımız cavabsız qaldı.
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










