AYNA-dan taksi sürücülərinə şad XƏBƏR - Bu qərar onlara aid deyil

Gündəm 10 Aprel 2026 18:45
AYNA-dan taksi sürücülərinə şad XƏBƏR - Bu qərar onlara aid deyil
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) son günlər taksi sahəsi ilə bağlı mediada yayılan məlumatlara aydınlıq gətirib.

AYNA-dan Avtosfer.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin 7 aprel tarixində verdiyi 210 nömrəli sərəncam yalnız sifarişli qeyri-müntəzəm sərnişindaşımalar sahəsinə aiddir və taksi sahəsini əhatə etmir.

Qeyd edilib ki, sərəncamda da 2 ay müddətində Nazirlər Kabinetinə veriləcək təkliflər məhz qeyri-müntəzəm sərnişindaşıma ilə bağlıdır və bununla əlaqədar texniki göstəricilər, daxili və xarici tərtibata dair tələblərin müəyyən edilməsini nəzərdə tutur.

AYNA-dan bildirilib ki, sifarişli sərnişindaşımaya misal olaraq turist və ya rayonlararası sifarişli daşıma həyata keçirən avtobusları, mikroavtobusları və minik avtomobilləri, korporativ servis xidmətlərini və özəl tədbirlər üçün kirayələnən nəqliyyat vasitələrini göstərmək olar - bu yanaşma yükdaşıma fəaliyyətinə də şamil edilir.

Oxunub : 460
ŞƏRH YAZ
Ad

E-mail

Şərh