Taksilərlə bağlı reydlərə başladı - BNA

Bakı Nəqliyyat Agentliyi Bakıda fəaliyyət göstərən taksilərin vergiyə cəlb edilməsi ilə bağlı tədbirlərə başlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məlumat verib. Qurum rəsmisi bildirib ki, bununla bağlı artıq araşdırmalar başlayıb: "Əsas məqsəd taksi xidməti ilə məşğul olan fiziki və hüquqi şəxsləri fərqlənmə nişanları almağa cəlb etməkdir. Bunula bağlı agentlikdə xüsusi işçi qrupu yaradılıb və həmin qrup şəhərdə taksilərin sıx toplaşdığı ərazilərdə araşdırmalara başlayıb. Qrup üzvləri taksi sürücüləri ilə fərdi söhbətlər aparır və onlara fərqlənmə nişanlarının üstün cəhətləri izah olunur. Fərqlənmə nişanlarının alınmasının əsas üstünlüyü odur ki, biz Bakıda fəaliyyət göstərən taksilərin sayını müəyyənləşdirəcəyik. Bundan sonra, Bakıda fəaliyyət göstərən taksilərin vahid qeydiyyat sistemi yaranacaq. Proses nəticəsində taksi sahəsində büdcəyə vergi daxilolmaları asanlaşacaq və artacaq".
M.Ağayev bildirib ki, fərqlənmə nişanı almaq istəyən şəxs istənilən bank filialında 18 manat rüsum ödəyərək Bakı Nəqliyyat Agentliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə ödəmə qəbzini təqdim edir və fərqlənmə nişanı alır. Fərqlənmə nişanı alan bütün taksilər şəhərin istənilən nöqtəsində dayana və normal taksi fəaliyyəti ilə məşğul ola bilər. Nişan hər ay alınmalıdır.
M.Ağayev bildirib ki, fərqlənmə nişanı almayan taksilərin fəaliyyəti qanunsuz hesab ediləcək.
Bakıda istehsal müddəti 10 ili ötmüş avtomobillərin taksi xidməti göstərməsinin qadağan edilməsi məsələsinə gəlincə isə, M.Ağayev bu məlumatı təkzib edib. Onun sözlərinə görə, illik texniki baxışdan keçən və istifadəyə yararlı olan bütün avtomobillərin taksi fəaliyyəti göstərməsi mümkündür.
Zelenskinin İrəvana rəsmi səfəri Rusiya-Ermənistan münasibətlərinə təsir edəcək? - POLİTOLOQ
Sabah bu yollar bağlı olacaq - SİYAHI
Səbaildəki lyuklardan şikayət olundu; qurum hərəkətə keçdi – FOTO - VİDEO
ABŞ-İran münaqişəsi; hər iki dövləti yoraraq dağıtmaq istəyirlər? - POLİTOLOQ
Cərimə hesabına qəzaları azaltmaq mümkündür? – AÇIQLAMA - VİDEO
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Azərbaycanlı yük maşını sürücülərinin NƏZƏRİNƏ: Rusiya hökuməti yeni qərar verdi
WUF13 iştirakçıları ödənişi müxtəlif vasitələrlə edə bilərlər - Bakı metrosu – FOTOLAR
Paytaxtın 18 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Xırdalanda yol “çuxur bataqlığı”na çevrilib: Sürücülər hərəkət edə bilmir - VİDEO










