Taksilərlə bağlı YENİ TƏLƏB – Qeydiyyatdan keçməyən sürücüləri nə GÖZLƏYİR?

Nazirlər Kabinetinin qərarı ilə “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin Siyahısı”na bəzi dəyişikliklər edilib.
Dəyişikliyə əsasən, taksi ilə sərnişin daşımalarına verilən buraxılış vəsiqəsi ilə bağlı vergi orqanlarına məlumat göndəriləcək. Belə ki, əsas buraxılış vəsiqəsi taksi minik avtomobilləri ilə sərnişin daşımalarına və taksi sifarişi operatoru fəaliyyətinə icazə vermək üçün nəzərdə tutulub.
Bu qərar taksi fəaliyyəti ilə bağlı nəyi dəyişəcək?
Bizim.Media-nın bu və ya digər suallarını cavablandıran nəqliyyat sahəsi üzrə ekspert Aslan Əsədov bildirib ki, hələ 2006-cı ildə taksi fəaliyyəti ilə bağlı edilmiş əlavə və dəyişikliyə əsasən, istənilər sərnişindaşıma ilə bağlı vergi orqanlarında qeydiyyat prosedurları baş verib:
“Bir pəncərə sisteminə keçdikdən sonra bu proses daha da şəffaflaşdı. Ona görə ki, istənilən fiziki və ya hüquqi şəxslər qeydiyyat zamanı mütləq vergi orqanlarından VÖEN almalı idi. Hazırda da hər bir vətəndaş bunu almaqda maraqlıdır ki, gələcəkdə öz fəaliyyəti ilə bağlı banklardan kredit ala bilsin. Nazirlər Kabinetinin qərarı da bu prosesi stimullaşdırdı”.
Bəs bu qərar taksi fəaliyyətini tənzimləməyə şərait yaradacaqmı?
Ekspertin sözlərinə görə, taksi şirkətləri Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınan zaman qarşılarına müəyyən tələblər qoyulur:
“Onlar da buna uyğun fəaliyyət göstərirlər. Əgər qeydiyyatdan keçməsələr, Cinayət Prossesual Məcəlləsinə görə müəyyən problemlərlə üzləşə bilərlər. Bu qərar isə məhz fiziki şəxslərə aid olan bir məsələdir”.
Bakı sakinlərini sevindirəcək xəbər - 64 milyonluq yeni layihə
“Changan”ın rəsmi servisindən aldığı avtomobil istismara yararsız olub - VİDEO
Rusiya ilə Ukrayna arasında gizli razılaşma: müharibə başa çatır? – Politoloq AÇIQLADI
Bolt 2025-ci ildə Azərbaycanda ən çox yüklənən səyahət tətbiqi olub
Metroda Yaşıl və Qırmızı xətlərdə yubanma aradan qaldırılıb - FOTOLAR
Bakıya tramvay xəttinin çəkilməsi çox vacibdir - Hüquqşünas
Tramvay xətti "28 May" ərazisində belə görünəcək - FOTO
Bakıdan Sumqayıta və əksinə taksi ilə getmək mümkün olmayacaq - 50 manat cərimə
Bakı yolları "sıxılır": Ensiz zolaqlar nəyə xidmət edir...
Yerli turistlər meşə zonasını zibilxanaya çevirdi; polis hərəkətə keçdi - VİDEO
Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur – ŞİKAYƏT - VİDEO











