Taksilərlə bağlı YENİ QƏRAR

"Yaxın gələcəkdə Bakı şəhərində bütün nəqliyyat vasitələrində gediş haqqı vahid kart sistemi ilə ödəniləcək. Artıq bu istiqamətdə mühüm işlər görülür".
Avtosfer.az ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Rauf Mirqulamov admiral.az-a deyib.
Onun sözlərinə görə, hazırda "BakıKart" aparatları ilə birlikdə şəhərin bir çox dayanacaqlarına MilliÖN aparatları da quraşdırılır. Yəni bu "BakıKart"la MilliÖN-ün inteqrasiyası deməkdir:
"Məqsəd şəhərdə tam vahid ödəmə sisteminə keçəndən sonra əhalinin rahatlığını təmin etməkdir. Artıq bu istiqamətdə işlər gedir. Hazırda paytaxtda 800-dən artıq avtobus dayanacağı var. Onların bəzilərinə MilliÖN, bəzilərinə isə "BakıKart" aparatları quraşdırlıb. Hazırda aparatların quraşdırılması davam edir".
Onun sözlərinə görə, gələcəkdə bütün sərnişin avtobuslarında gediş haqqı vahid ödəmə sistemi ilə tətbiq ediləcək: "Bütün avtobuslarda ödəmə sistemləri quraşdırılacaq. Bundan sonra dayanacaqların hamısında aparatlar qoyulacaq".
Gözlənilir ki, yaxın gələcəkdə təkcə metro və avtobuslarda deyil, həmçinin taksilərdə də vahid ödəmə sistemi tətbiq edilsin. Bu zaman sərnişinlər taksilərə gedişhaqqını kartla ödəyə biləcəklər.
Məsələ ilə əlaqədar "Bakıkart" layihəsinin rəhbəri Ceyhun Əliyev açıqlamasında bildirib ki, Bakı Metropoliteninin stansiyalarında, avtobus dayanacaqlarında və mətbuat köşklərində "BakıKART" kart satış və yükləmə aparatları mövcuddur. Burada quraşdırılan xüsusi "BakıKART" avadanlıqları vasitəsilə kartları almaq olar. Bundan başqa, avtobus dayanacaqlarında MilliÖN aparatları qurulur.
Hazırda Bakı metropoliteni stansiyalarında 145 ədəd, avtobus dayanacaqlarında isə 50 ədəd "BakıKart", 117 ədəd MilliÖN aparatı quraşdırılıb. Yaxın gələcəkdə bu sayın artırılacağı gözlənilir.
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT










