Taksiyə minib sürücünü bıçaqladı - Avtomobili qaçırıb satdı

Şəmkir rayonunda taksi sürücüsü sərnişini tərəfindən bıçaqlanıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Çinarlı qəsəbəsində baş verib. Belə ki, naməlum şəxs taksi kimi fəaliyyət göstərən "VAZ-2107" markalı avtomobilə əyləşərək sürücü, Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü Babayev Namiq İdris oğluna onu Seyfəli kəndinə aparmasını deyib. Yolda sərnişin sürücünü bıçaqla hədələyərək avtomobili saxladıb və daha sonra onu bıçaqlayaraq oradan uzaqlaşıb. Yaralı yaxınlıqdakı şəxslərin köməyi ilə xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən əməliyyat olunan sürücünün vəziyyətinin ağır olduğu bildirilir.
***
Şəmkir rayonunda taksi sürücüsü Babayev Namiq Əli oğlunu bıçaqlayan şəxs ona məxsus avtomobili qaçıraraq rayon ərazisində fəaliyyət göstərən avtomobil təmirxanalarının birinə satıb. Hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat axtarış tədbirləri nəticəsində qaçırılan avtomobil tapılıb. Bıçaqlayan şəxsin axtarışı isə davam etdirilir.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












