Banner

Tanınmış azərbaycanlı alim dövlət rəsmilərinə insult mərkəzlərinin açılmasını təklif etdi - VİDEO

Gündəm 11 İyun 2020 12:33 Oxunub 1094
Tanınmış azərbaycanlı alim dövlət rəsmilərinə insult mərkəzlərinin açılmasını təklif etdi  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dünən dövlət rəsmilərinin təşəbbüsü və iştirakı ilə “Pandemiya və postpandemiya dövründə sosial müdafiə tədbirləri və səhiyyə” mövzusunda videokonfrans keçirilib.

Avtosfer.az xəbər verir ki, videokonfransda Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqəlar Departamentinin rəhbəri, millət vəkili Soltan Məmmədov, YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, ƏƏSM Nazirliyinin sosial təminat siyasəti şəbəsinin müdiri Babək Hüseynov, YAP Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universitetİ Klinikasının Diaqnostik və İnvaziv Radiologiya İnstitutunun şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev və başqaları iştirak edib. Videokonfransda Nuran Abdullayev maraqlı təkliflərlə çıxış edib. Belə ki, o, Heydər Əliyev Fonduna və digər dövlət rəsmilərinin diqqətinə Azərbaycanda insult mərkəzlərinin qurulmasının vacibliyini çatdırdıqdan sonra bu istiqamətdə postpandemiya dövründə əməkdaşlığın mühümlüyünü vurğulayıb. Bundan başqa, Nuran Abdullayev mərkəzləşmiş tibbi xidmətlərin təşkili və onların qurulması haqqında təkliflər irəli sürüb. Videokonfrans iştirakçıları və təşkilatçıları təklifləri yüksək qiymətləndiriblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh