Tanınmış bloger indi də “avtoş”ları təbliğ edir - “Hikmət Sovetski” – “Cao Bambino” - VİDEO

Son zamanlar baş vermiş yol-nəqliyyat hadisələrinin bir hissəsi də avtoxuliqanlıq edən sürücülərin payına düşür. Bu istiqamətdə nə qədər əngəlləyici tədbirlər görülsə də, təsiretmə gücünü əlinə alan sosial medianın verdiyi sərbəstlik onların təbliğatını daha da gücləndirir. Elə saytımıza göndərilən video da bu yolda illərlə avtoxuliqanlıq etmiş və hələ də davam edən “Sovetski” ləqəbli Hikmətlə bağlıdır.
Avtosfer.az xəbər verir ki, sosial mediada özünə xüsusi kütlə toplayan bloger Nail Kəmərli avtoxuliqanlıqdan həzz alan bu sürücünün “vorzakon” danışıqlarını, qanunazidd, gənclərə pis nümunə olan çıxışlarını işıqlandırıb.
Blogerin lentə aldığı görüntülərdən aydın olduğu kimi, orta yaşlı sürücü gənclik illərindən etibarən göstərdiyi “şou”larını, yol hərəkəti qaydalarına uyğun olmayan davranışlarını fəxrlə dilə gətirir və etdiyi əməli sanki “qəhrəmanlıq” göstəribmiş kimi danışır. İşin ən acınacaqlı tərəfi isə çıxışı zamanı insanlara təsir edərək avtoxuliqanlığı təbliğ edən “qayda”lara toxunmasıdır.
Gənclərə avtoxuliqanlıq məktəbinin sirlərindən danışan “Hikmət Sovetski”, videonun sonunda çıxışını sükan arxasındakı “performansı” ilə əvəz edir.
Qeyd edək ki, bloger Nail Kəmərli bir müddət əvvəl paylaşdığımız videodan tamam fərqli kontentə malik - faydalı, insanları düzgün şəkildə istiqamətləndirən videolarla məşhurlaşıb. Bu cür mənfi obrazları paylaşdıqda isə qınanılsa belə çəkilişlərinə davam edir.
Nərmin
Naxçıvan aeroportunun uçuş-eniş zolağına da zərər dəyib - FOTOLAR
Dron hücumu nəticəsində xəsarət alanlardan birinin kimliyi bilindi - FOTOLAR - YENİLƏNİB
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın VİDEOsu
İran dronları Naxçıvanı belə vurdu - Anbaan VİDEO
Ceyhun Bayramov İranın Azərbaycana dron hücumlarından danışdı
"İranın hücum aktları cavabsız qalmayacaq" - Müdafiə Nazirliyindən BƏYANAT
Alverçilər parkinqi zəbt etdi; bloger maşınını yolun ortasında saxlamalı oldu – ŞİKAYƏT - VİDEO
İran Naxçıvana dronla zərbələr endirib - Molla rejimi iç üzünü göstərdi - VİDEO
Ramazan ayının on beşinci gününün duası - İmsak və iftar vaxtı
Yaxın Şərqdəki müharibə Azərbaycanda radiasiya riski yaradır? - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti bahalaşdı; qiymət artını nə vaxta qədər davam edəcək? – Ekspert AÇIQLADI










