Tanınmış həkimi maşın vurdu; sürücü meyiti küçədə qoyub qaçdı - FOTO

Dekabrın 15-də Xocasən yolunda piyadanı maşın vurub. Sürücü isə vurduğu piyadanı maşına qoyaraq bir neçə km aparandan sonra meyiti küçəyə ataraq qaçıb. Bu barədə Avtosfer.az-a mərhumun oğlu Mahir Orucov məlumat verib. Onun sözlərinə görə, hadisə dekabrın 15-də, saat 18:05 radələrində Xocahəsən yolunda yerləşən “Akkord Mərmər Qranit” MMC-nin qarşısında baş verib. Teyyub Alməmməd oğlu Orucovu naməlum avtomobil vurub: "Qəzanı törədən sürücü atamı hadisə yerindən götürüb və Yasamal ərazisində atıb qaçıb. Üç gün keçməsinə baxmayaraq hələ də bir məlumat yoxdur.
Atam “Akkord Mərmər Qranit” MMC-də həkim işləyirdi. Saat 18:05 də işdən çixanda düz işin qabağında maşın onu vurub. Saat 19:50 də bizə zəng gəldi. Üzərindəki şəxsiyyət vəsiqəsilə bizi tapıb zəng etdilər. Biz gəlib meyiti Yasamal rayonu ərazisindəki "Qismət" şadlıq sarayından Dairəvi yola çıxışda - üzü "20 Yanvar" tərəfə olan yolun qırağında dəmir "butka"nın yanından tapdıq. Ora qoyub qaçıblar. Artıq biz gələndə əməliyyatçılar, prokurorluq işçiləri çoxdan hadisə yerində idilər. Oradan meyiti "morq"a apardıq. 2-3 saatdan sonra müstəntiq zəng etdi ki, mərhumun telefonunu, əlcəyinin bir tayını vurulan yerdə tapdıq. Aidiyyatı orqanlardan xahişim məsələni nəzarətdə saxlamaq, bizə həmin sürücünün tapılıb məsuliyyətə cəlb olunmasında yardımçı olmaqdır".
Xatırladaq ki, Teyyub Orucov Zəngilanın tanınmış həkimlərindən biri idi.
Elmin
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












