Tanınmış jurnalistin valideynlərinin düşdüyü qəza ilə bağlı YENİ XƏBƏR

Tanınmış jurnalist, qafqazinfo.az portalının redaktoru Günel Əbilovanın valideynlərinin düşdüyü yol qəzası ilə bağlı cinayət işi başlanıb. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, 1 nəfərin ölümü və daha 5 nəfərin xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində cinayət işi açılıb. Bildirilir ki, Ələt-Astara magistral yolunun 125-ci kilometrliyində Cəlilabad rayon Musalı kənd sakini Babayev Zaur Sahib oğlunun idarə etdiyi “VAZ 21 015” markalı 15 BM 705 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn Bakı şəhər sakini Nəzərov Xanbala Oruc oğlunun idarə etdiyi “Mercedes” markalı 99 FT 842 nömrəli avtomobilin toqquşması nəticəsində ölən Rəsulov Fariz Teyyub oğlunun 28 yaşı olub. Ondan başqa “VAZ 21 015”in sürücüsü və digər sərnişin, 1956-cı il təvəllüdlü Məmmədov Məhəmməd Əhəd oğlu ağır xəsarət alıb.
Həmçinin “Mercedes”in sürücüsü Nəzərov Xanbala və sərnişinləri 1959-cu il təvəllüdlü Əbilov Telman Cəbrayıl oğlu və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Əbilova Dilbər Məhəmməd qızı da yaralanıb. Yaralılar Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.
Qeyd edək ki, T. Əbilov Azərbaycanın hərbi ekspertidir. O, ehtiyatda olan ədliyyə mayorudur.
Xatırladaq ki, T.Əbilov və D.Əbilova "Qafqazinfo" portalının redaktoru Günel Əbilovanın valideynləridir.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










