Tanınmış rejissordan ETİRAZ: “Keyfiyyəti artırmaq lazımdır, qiyməti yox”

“Taksilərdə ilk növbədə xidmətin keyfiyyətini qaldırmaq lazımdır, qiyməti yox”.
Bu sözləri yenicag.az-a açıqlamasında tanınmış rejissor Ramin Hacıyev son günlər paytaxtda fəaliyyət göstərən taksilərin qiymətində müşahidə olunan artımla bağlı sualımızı cavablandırarkən deyib.
Özünün, eləcə də ailə üzvlərinin taksidən istifadə etdiyini deyən rejissor qiymət artımına qarşı olduğunu bildirib:
“Taksi qiymətləri təbii ki, məni də maraqlandırır. Ailə üzvlərim və özüm də taksidən istifadə edirik. Hazırkı qiymət bizi qane edir, çünki bu qiymətə öyrəşmişik. Amma sabah qiymətin artıb-azalacacını bilmirik. Əlbəttə, qiymət artımına qarşıyam. Əgər biz taksi xidmətinin keyfiyyətini yüksəltmək istəyiriksə, qiyməti niyə qaldıraq ki? Bəlkə elə daxildəki keyfiyyətlərdən başlayaq, sonra qiyməti artıraq. Taksi sürücüləri barədə o qədər xəbərlər yayıldı ki… “Prius” vurdu, aşırdı, dağıtdı… Qiymət artımı ilə bu cür qəzaların qarşıını necə alacağıq, bilmirəm. Bəlkə də aldılar, cünki heç kim xərcə düşmək istəməz. Düşünmürəm ki, bununla da belə hadisələrin qarşısı alınsın. Məncə, ilk növbədə taksi xidmətində keyfiyyəti qaldırmaq lazımdır, qiyməti yox”.
Ramazan ayının on birinci gününün duası - İmsak və iftar vaxtı
Astara sərhədində avtobuslar hazır vəziyyətə gətirilib - FOTO
Yaşlı kişi avtobusda ona yer verməyən əlil gəncin qucağında oturdu - VİDEO
Ramazan ayının onuncu gününün duası - İmsak və iftar vaxtı
Gecə vaxtı təmir aparıb, musiqi dinləyənlərin NƏZƏRİNƏ
Böyük zəlzələ ola bilər, Allah köməyiniz olsun — Məşhur seysmoloq
Əfqanıstan-Pakistan münaqişəsi bu dəfə niyə qızışıb? – Politoloq AÇIQLADI
Sosial şəbəkələrə girişdə yaş məhdudiyyəti olacaq - Prezidentdən sərəncam
Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI
Vətəndaşın süni intellektlə hazırlanan videosunu yayanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakıda heç kimin fikir vermədiyi yaşlı kişinin köməyinə polis çatdı - VİDEO








