Tanınmış vəkilin saxlanılmasına səbəb olan hadisənin VİDEOsu

Tanınmış vəkil Zabil Qəhrəmanovun xuliqanlıq ittihamı ilə saxlanılmasına səbəb olan hadisənin videosu üzə çıxıb.
“Qafqazinfo”nun əldə etdiyi kamera görüntülərində vəkilin insident zamanı bir vətəndaşa təpiklə xəsarət yetirdiyi görünür.
Hadisə Göygöl rayonundakı avtoyuma məntəqəsində baş verib. Tərəflər arasında yaranan sözlü mübahisə sonradan davaya çevrilib. Nəticədə vəkil qarşı tərəfə fiziki güc tətbiq edib.
Zabil Qəhrəmanov bu insidentlə bağlı polis əməkdaşları tərəfindən saxlanılaraq Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə məsuliyyətə cəlb edilib. O, bu gün həbs tələbi ilə məhkəməyə çıxarılacaq.
Qeyd edək ki, Zabil Qəhrəmanov Tovuzda 10 yaşlı Nərminin qətlində təqsirli bilinən İlkin Süleymanovun vəkili kimi daha çox tanınıb. Bir neçə gün əvvəl isə başqa bir məsələ ilə bağlı onun vəkillik fəaliyyəti müvəqqəti dayandırılıb.
Süni intellektin biznesə zərəri xeyrindən çoxmuş
Deputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun FOTOLARI - VİDEO
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
Xətaidə cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA












