Tankçılarımız erməniləri məğlub etdi - Fotolar

"Beynəlxalq Ordu Oyunları – 2016” yarışları çərçivəsində keçirilən "Tank biatlonu” müsabiqəsində iştirak edən Azərbaycan tankçıları fərdi yarışlar zamanı müsabiqənin növbəti mərhələsində bütün hədəfləri məhv edərək Ermənistan komandasını qabaqlayıb və yarımfinala vəsiqə qazanıblar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, 15 mərhələdən ibarət olan və 18 ölkədən 54 tank heyətinin iştirak etdiyi "Tank biatlonu” müsabiqəsinin yarımfinalında Azərbaycan da daxil olmaqla 12 ölkənin komandası iştirak edəcək.

Yarımfinal yarışları zamanı 4 komandadan ibarət qruplarda tankçılarımız avqustun 11-də Rusiya, Serbiya və Hindistan komandaları ilə gücünü sınayacaq.

Avqustun 13-də yekun vurulacaq yarışların finalına 4 komanda çıxacaq. Ən yaxşı heyət sıralamasında reytinqinə görə Azərbaycan tankçıları 5-ci yerdədir.

Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












