Tanklar, zirehli texnikalar Bakıda - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün Bakı Ekspo Mərkəzində “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisinin açılışı olub.
Avtosfer.az azvision.az-a istinadən xəbər verir ki, sərgidə yüngül texnikalarla yanaşı ağır hərbi texnikalar da nümayiş olunur.
Azərbaycan istehsalı olan ağır texnikalar və zirehli offroderlər sərgi iştirakçılarının marağına səbəb olub. Qeyd edək ki, sərgidə Belarus, İsrail, Çin, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Fransa və Çexiya milli qrupları öz ekspozisiyalarının miqyası ilə fərqlənirlər. Şirkətlərin sayına görə ən böyük pavilyonlar Türkiyəyə (42 şirkət), İsrailə (14 şirkət) və Rusiyaya (14 şirkət) məxsusdur.
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi “ADEX-2016” sərgisinə 260 addan çox müdafiə təyinatlı məmulat çıxarıb. Burada Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələri müdafiə və xüsusi təyinatlı məhsulları, hərbi nəqliyyat vasitələri və texnika, eləcə də silah-sursat nümunələrini nümayiş etdirir.
Sentyabrın 30-dək davam edəcək sərgi çərçivəsində seminar, təqdimat, ikitərəfli görüşlər keçiriləcək.
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO



















