Tapılan neftçinin kimliyi müəyyənləşdirilir

Fevralın 28-də Qaradağ rayonunun Pirsaat qəsəbəsində tapılan kişi meyitinin neftçi-operator, 1974-cü il təvəllüdlü Rüstəmov Qorxmaz İsbat oğluna məxsus olduğu ehtimal edilir. Avtosfer.az xəbər verir ki, “Sputnik Azərbaycan”a bu barədə məlumatlı mənbə bildirib. Mənbənin sözlərinə görə, xarici görünüşündə və yaşında müəyyən oxşarlıq var. Amma tibbi-məhkəmə ekspertizasının DNT təhlilindən sonra çıxarışı bu gün məlum olacaq. 15 dekabr 2016-cı il səhər saat 5 radələrində Xəzər dənizində güclü külək Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) neftçi olub. İtkin düşənlərin arasında - Zülfüqarov Güloglan (maşinist), Zülfüqarov Azay (operator), Həsənov Elçin (mexanik), Qafarov İlham (operator) Əsədov Samir (operator), Bəhrəmov Cavid (operator), Abbasov Ramiz (maşinist), Rüstəmov Qorxmazdır (operator). İndiyə qədər operator İlham Qafarovun (hadisədən dərhal sonra), 1956-cı il təvəllüdlü Həsənağa Hacıəliyevin (cəsəd fevralın 1-də tapılıb) və 1957-ci il təvəllüdlü Vidadi Cümşüd oğlu Qurbanovun (17 fevral) cəsədləri aşkar edilib. Ekspertizanın çıxarışının nəticələri müsbət olarsa, siyahıya Qorxmaz İsbat oğlu Rüstəmovun da adı əlavə ediləcək. Qeyd edək ki, Rüstəmov Hacıqabul rayon sakinidir.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












