Tarif şurası: Dizel yanacağının qiyməti dəyişməyəcək

Azərbaycanın Tarif şurasının (qiymət) gündəliyində dizel yanacağının qiymətinə yenidən baxılması məsələsi yoxdur. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu fikirləri Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov AzTv telekanalının efirində bildirib. "Hazırda Tarif şurasının gündəliyində hər hansı tariflərin, o cümlədən dizel yanacağının tariflərinin, dəyişdirilməsi ilə əlaqədar məsələ yoxdur". O həmçinin qeyd edib ki, Аİ-92 markalı benzinin qiymətinin artırılması məsələsi dəfələrlə müzakirəyə qoyulub, lakin əvvəlki illərdə bu addım məqsədəuyğun hesab edilməyib: "Strukturlar tərəfindən müraciət daxil olduqda, məsələ dərhal müzakirəyə çıxarılmır. İlk olaraq ciddi təhlil aparılır, və yalnız bundan sonra məsələ müzakirəyə çıxarılır, nəticədə Şura tariflərin dəyişib-dəyişməmək haqda qərar qəbul edir. Yanacağın tarifləri sonuncu dəfə 2013-ci ildə dəyişdirlib, amma bu o demək deyil ki, ötən dörd il ərzində tariflərin dəyişdirilməsi üçün bizə müraciət olunmayıb. Sadəcə, bu günə qədər bu addım məqsədəuyğun hesab edilmirdi".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












