Tarif Şurasının səlahiyyətlərindən biri ləğv edilib

Nazirlər Kabineti “Yeyinti məhsullarına verilən uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin formasının və uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin verilməsi qaydalarının təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
Avtosfer.az apa-ya istinadən məlumatına görə, indiyə qədər “Yeyinti məhsullarına gigiyenik sertifikatın verilməsi Qaydası”na əsasən məhsulun sertifikatlaşdırılması üzrə xidmətlərin xərci, nəticəsindən asılı olmayaraq, Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə ərizəçi tərəfindən ödənilirdi.
Dəyişikliyə əsasən, Tarif (qiymət) Şurasının bu sahədə səlahiyyəti ləğv edilib. Bundan sonra məhsulun sertifikatlaşdırılması xidmətinə görə dövlət rüsumu ərizəçi tərəfindən ödəniləcək.
“Yeyinti məhsullarına baytarlıq şəhadətnaməsinin verilməsi Qaydası”nda da müvafiq dəyişiklik edilib.
İndiyə qədər baytarlıq nəzarətində olan yeyinti məhsullarına şəhadətnamə verilməsi üzrə xidmətlərin xərci, nəticəsindən asılı olmayaraq, Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə ərizəçi tərəfindən ödənildikdə şəhadətnamə verilirdi.
Bundan sonra baytarlıq nəzarətində olan yeyinti məhsullarına şəhadətnamə verilməsi üzrə dövlət rüsumu ərizəçi tərəfindən ödənildikdə şəhadətnamə veriləcək.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












