Tarixi zəfər Neftçalada belə qeyd olundu - VİDEO

Ali Baş Komandan İlham Əliyev ötən gecə səbirsizliklə gözlədiyimiz şanlı qələbə xəbərini xalqımıza çatdırdıqdan sonra Neftçalada yüzlərlə gənc, qadın, uşaq, yaşlı şəhərin küçə və meydanlarına çıxıb, bu şad xəbəri bir-biri ilə bölüşüb, qəhrəman əsgər və zabitlərimizə, Ali Baş Komandan İlham Əliyevə sonsuz məhəbbət ifadə edən şüarlar səsləndirib.
"Qafqazinfo" xəbər verir ki, sakinlər al bayraqlarla bəzədilmiş maşınlarla, atlarla şəhərin küçələrində yürüş edib, qalib ordumuzu, qələbəmizi vəsf edən mahnılar səsləndirib, rəqs edib, sevincli, bayram əhval-ruhiyyəli anlar yaşayıblar.
Həmçinin şəhərin mərkəzi meydanında quraşdırılmış monitor vasitəsilə Ali Baş Komandan İlham Əliyevin böyük qələbə xəbəri, Müdafiə Nazirliyinin məlumatları təkrar-təkrar izdiham iştirakçılarına çatdırılıb.





Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










