Tarixin ən böyük qətli: Prezidenti maşında kim öldürdü? – VİDEO

ABŞ-ın 1963-cü il 22 noyabr tarixində qətlə yetirilən prezidenti Con Kennedi ilə bağlı müəmmalar hələ də davam edir. Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, Kennedi 22 noyabr 1963-cü ildə snayper atəş ilə öldürülüb. Prezidentin həlak olması bütün Amerikanı silkələyib. Belə ki, Kennedi daim xalqla ünsiyyətdə olur, hər bir vətəndaşın problemi ilə maraqlanır, ölkə iqtisadiyyatının dirçəlməsinə birbaşa töhfə verirdi.
Bu qətl yalnız XX əsrin deyil, bütün tarixi dövrlərin ən əhəmiyyətli olayı hesab edilir. Onun qətlini sifariş verən şəxsin adı hələ də müəmmalı olaraq qalır.
Kennedi qətlə yetirildiyi gün Dallas hava limanından məxfi xidmətin agentlərinin müşayiəti ilə avtomobillə xalq tərəfindən çoşqu ilə qarşılandı. Kitabxanalardan birinin önünə yaxınlaşan kimi isə snayperdən atılan güllələrdən biri Kennedinin kürəyinə, biri isə başına dəydi. Üçüncü güllə isə Texas qubernatorunun çiyninə tuş gəldi. Dərhal xəstəxanaya qaldırılan Kennedi yarım saat sonra orada öldü. Bundan sonra vitse-prezident Lindon Conson prezident təyyarəsində and içərək ABŞ-ın yeni prezidenti oldu.
Bu günə qədər onun ölümü ilə bağlı mübahisələr səngimir.
Kim Kennedinin qətlini təşkil etdi?— Xarvi Osvald? MKİ? Vitse-prezident Conson? Hərbçilər? Mason? İllüminatlar? Komitə 300? Gizli dünya hökuməti? Osvald tək atıcı idimi və ya kimsə ona kömək edirdimi? Əgər Osvald qətli törədən idisə, niyə o, saxlanılmadan öldürüldü? Xarvi Osvald kitabxananın əməkdaşı idi, hansı ki, onun olduğu yerdə prezidentə atəş açılmışdı və qətldən dərhal sonra o, şübhəli şəxs kimi polis tərəfindən ictimaiyyətə açıqlanmışdı. Osvald isə qətldə günahkar olduğunu təkzib edirdi. Və bundan dərhal sonra o, canlı yayımda silahdan açılan atəşlə öldürüldü. Onu öldürən isə gecə klubunun sahibi Cek adlı şəxs idi. O isə Osvaldı qətlə yetirməsinin səbəbini belə izah edirdi: "İstəmirdim ki, prezidentin xanımı məhkəmədə xoşagəlməz emosiyalar yaşasın və mən onu bundan xilas etdim".
Qeyd edək ki, Xarvi Osvald qətldən öncə hərbi dəniz qüvvələrində xidmət etdikdən dərhal sonra SSRİ-yə Böyük Britaniya və Skandinaviya vasitəsilə səfər etmişdi. Hətta yerli hökumət tərəfindən ona vətəndaşlıq verilməsi də təklif edilirdi. Daha sonra o, Minskə göndərildi. Gələcək Belarus Respublikasının ilk prezidenti Stanislav Şuşkeviç onun kuratoru olub. Minskdə Osvald belaruslu qızla evləndi, daha sonra Belarus həyatı onun üçün darıxdırıcı keçdiyi üçün ABŞ-a qayıtdı. Dallasa yerləşən Osvald tezliklə Kuba böhranının da şahidi oldu. O, Kastro rejimini dəstəkləyənlərdən biri idi.
Bir müddət sonra Osvald Meksikaya səfər etdi və orada sovet səfirliyindən sığınacaq istədi. Osvald FTB tərəfindən də izlənilir, daim təqib edilirdi. O, həmçinin Kuba vizasını almağa çalışırdı, ancaq nəticədə ona rədd cavab verildi. FTB onun arvadının sovet agenti olmasından şübhələndiyi üçün daim məlumatlar toplayırdı…
Osvald daim yalnız olduğu üçün onun təkbaşına qətli törətdiyi də müəmmalı olaraq qalır. Eks-prezidentin qətlinin təfərrüatını araşdıran ekspertlər hesab edirlər ki, əsl qatilin üzə çıxmasının qarşısını almaq üçün bir çox faktlar gizlədildi.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










