“TAV Georgia”: "Tbilisi hava limanında reyslər vaxtında yerinə yetirilir"

Tbilisi beynəlxalq hava limanında sərnişinlərin qeydiyyatı ilə bağlı yaranmış problem bir neçə saat ərzində aradan qaldırılacaq. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxariya hökumətin iclasında deyib. Nazir bildirib ki, ötən gecə sərnişinlərin qeydiyyatı üzrə SITA beynəlxalq sistemində problem yaranıb: “Problem yalnız Tbilisidə olmayıb. Müvafiq departamentlər problemin qısa vaxt ərzində aradan qaldırılması üçün SITA-in baş ofisi ilə davamlı əlaqə saxlayırlar”. G.Qaxariya qeyd edib ki, onlayn qeydiyyat olmadığına görə sərnişinlər fiziki qeydiyyatdan keçirlər və bu da növbələrin yaranmasına səbəb olur. Tbilisi və Batumi hava limanlarını idarə edən “TAV Georgia” şirkəti də Tbilisi beynəlxalq hava limanında yaranmış problemlə bağlı məlumat yayıb. Açıqlamada deyilir ki, avqustun 10-da gecə saat 02-də hava limanının aviasiya kommunikasiya şəbəkəsində problem yarandığından sərnişinlərin elektron qeydiyyatında məhdudiyyətlər yaranıb. Nəticədə gecə saat 02-dən səhər saat 09-a qədər cədvəl üzrə olan 22 reysdən 7-nin həyata keçirilməsi iki saata yaxın ləngiyib. “TAV Georgia” problemin aradan qaldırılması üçün beynəlxalq mülki aviasiya əlaqəsi sistemi olan SITA şirkətinin baş ofisi ilə əlaqə saxlayıb. Hazırda Tbilisi beynəlxalq hava limanında reyslər gecikmə olmadan həyata keçirilir.
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO










