Tbilisi beynəlxalq aeroportu fəaliyyətini qismən bərpa edib

Şota Rustaveli adına Tbilisi beynəlxalq aeroportu fəaliyyətini qismən bərpa edib. Avtosfer.az xəbər verir ki, Tbilisi beynəlxalq aeroportundan “Report”un Gürcüstan bürosuna bildiriblər ki, yanvarın 8-də duman çəkildikdən sonra bir sıra istiqamətlərdə uçuşlar bərpa olunub. "Bununla belə, Türkiyə, Dubay və Münhenə nəzərdə tutulmuş reyslər ləğv olunub. Bu istiqamətlərə uçuşların nə vaxt bərpa olunacağı qarşı tərəflərdən asılıdır", - hava limanından qeyd edilib. Ancaq aeroportdan bu istiqamətlərə uçuş biletləri almış sərnişinlərə kompensasiyaların verilməsi barədə məlumat almaq mümkün olmayıb. Qeyd edək ki, yanvarın 7-də axşam saatlarında Gürcüstan ərazisində müşahidə olunan əlverişsiz hava şəraiti və qatı duman səbəbindən Şota Rustaveli adına Tbilisi beynəlxalq aeroportu fəaliyyətini bir müddət dayandırmışdı. Uçuş və eniş zolaqlarında görmə qabiliyyətini çox pis olması səbəbindən Bakıdan Tbilisiyə uçan təyyarə də daxil olmaqla 20-yə yaxın aviareys təxirə salınmışdı.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












