Tbilisi prospektində tıxacın qarşısı alınacaq - FOTO

Tbilisi prospekti və ona kəsişən küçələri əhatə edən ərazidə nəqliyyatın optimallaşdırması üçün yeni təkliflər paketi hazırlanıb. Avtosfer.az xəbər verir ki, bu haqda məlumat Bakı Nəqliyyat Agentliyininin gördüyü son işlərlə bağlı bu gün keçirilən mətbuat konfransında verilib. Agentliyin “Yol 1” layihəsinə daxil olan təkliflər planına əsasən prospektdə yaranan sıxlığın tez bir zamanda qarşısının alınması gözlənilir. Həmin ərazi araşdırılan zaman məlum olub ki, pik saatlarda nəqliyyat axını çox olduğu üçün ərazidə hərəkət iflic olur. Ən çox tıxaclar müşahidə olunan Tbilisi dairəsində bir çox dəyişikliklər ediləcək. Bu səbəbdən dairədə nəqliyyatın düzgün nizamlanması lazımdır. Ərazidə tıxacın yaranmasının başqa bir səbəbi isə dairənin ölçüsünün kiçik olmasıdır. Həsən Əliyev küçəsindən daxil olan avtomobillər müntəzəm olaraq sıxlığa səbəb olur. Buradakı dayanacaq məntəqələri kəsişmədən dərhal sonra yerləşir. Bu da nəqliyyatın hərəkətində problemlər yaradır, avtobuslar 3 zolağı kəsmək məcburiyyətində qalır. Piyada keçidindən bir saatda 600 piyada keçir ki, bu da böyük rəqəmdir. Bütün bu problemləri nəzərə alaraq dairədə yol hərəkətinin optimallaşdırılması üçün təkliflər paketi hazırlanıb. Layihənin icrası dövlət qurumları ilə razılaşdırılıb və may ayında reallaşacaq.
Emin

İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













