Tbilisidə avtobuslarda gediş haqqı artırılır

Gürcüstanın paytaxtı Tbilisi şəhərində qısa məsafələrə hərəkət edən mikroavtobuslarda gediş haqqı 0,1 lari (təxminən 0,04 dollar) bahalaşıb. Avtosfer.az "Sputnik" saytına istinadən xəbər verir ki, bu barədə "Tbilisi Mikroavtobusu" şirkətinin açıqlamasında bildirilib. Hazırda Tbilisidə mikroavtobuslarla uzunməsafəli marşurtlarda gediş haqqı 0,8 lari (təxminən 0,3 dollar), qısaməsafli marşrutlarda (paytaxtın mərkəzindən kənar rayonlara) 0,4 laridən 0,5 lariyədək (təxminən 0,16-0,20 dollar) təşkil edir. Metro və avtobuslarda isə gediş haqqı 0,5 laridir (təqribən 0,2 dollar). Şirkət qiymət artımını əsaslandıraraq bildirib ki, menecment şirkətin nöqsansız işləməsini təmin etmək imkanına sahib olmalı, sərnişinlərin daşınma şərtlərini yaxşılaşdırmalı, avtomobil parkının yenilənməsini davam etdirməli və əməkdaşlarının əmək hüquqlarını qorumalıdır.
Qeyd edək ki, "Tbilisi Mikroavtobusu" şirkəti 2011-ci ildən paytaxtda sərnişindaşıma xidmətləri göstərir. Bu vaxta qədər şirkətin tariflərində heç bir dəyişiklik edilməyib. Hazırda şirkətin 4 min işçisi var.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












