Tbilisidə BTQ dəmir yolu layihəsi üzrə növbət iclası keçirildi

Bu gün Tbilisidə Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üzrə koordinasiya şurasının novbəti iclası keçirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbər verir ki, iclasda əsasən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, yol uzrə aparılan tikinti, bərpa və yenidənqurma işləri müzakirə olunub. Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini, koordinasiya şurasinın həmsədri Qeorqi Çerkezişvili tədbiri açaraq ölkələrimiz arasındakı iqtisadi, siyasi, mədəni əlaqələrdən danışıb, BTQ dəmir yolu və digər regional layihələrin münasibətlərimizin inkişafında mühüm rol oynadigını bildirib. Azərbaycan Dəmir Yollari QSC-nin sədri, koordinasiya şurasının həmsədri Cavid Qurbanov bildirib ki, bu gün Azərbaycan və Gürcüstanın birgə reallaşdirdığı Bakı-Tbilisi-Qars və digər layihələr xalqlarımızın rifah halının yaxşilaşmasina xidmət edir. İnanırıq ki, BTQ, eləcə də digər layihələr təkcə Cənubi Qafqazın deyil, butövlükdə Avropanın inkişafında, Avropa ilə asiyanın birləşməsində muhum rol oynayacaq.
Sonra iclasda BTQ-nin Marabdadan Türkiyə sərhədinə qədər olan hissəsinində gedən reabilitasiya, yenidənqurma və yolun tikintisi, "Marabda-Kartsaxi" dəmir yolunun 2017-ci il üçün budcəsi, Marabda-Turkiyə dəmir yol üzrə yeni bərpa və yenidənqurma işləri üzrə müqaviləyə dəyişikliklərin olunması, Zalqa-Axalkalaki keçid məntəqəsinin vəziyyəti, Axalkalaki-Kartsaxi yolunda yeni infrastrukturun tikintisi və s. məsələr müzakirə olunub. İclasda, həmçinin, koordinasiya şurasının 24-cü iclasının qərarlarının icrası və digər məsələlərə də baxılıb.
İclasda Azərbaycan tərəfindən Xarici İşlər nazirirninüavini Xələf Xələfov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev, maliyyə nazirinin müavini Emin Hüseynov, Dövlət Neft Fondunun layihələr şöbəsinin mudiri Rəhim Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












