Tbilisidə "İkinci İpək yolu" beynəlxalq konfransı başlayıb

Tbilisidə "İkinci İpək yolu" beynəlxalq konfransı başlayıb. "Report"un Gürcüstan burosu xəbər verir ki, tədbirdə 50 ölkədən mindən çox numayəndə iştirak edir.
Konfransda Azərbaycanı nəqliiyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, Xəzər Dəniz Gəmiçiliyinin rəisi Rauf Vəliyev və digər rəsmi şəxslər təmsil edirlər.
Konfransda ilk dəfə olaraq Ukrayna və Moldovanın baş nazirləri, Sloveniyanın baş nazir müavini iştirak edirlər.
Tədbiri Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili açaraq, ölkəsinin tarixi İpək yoluna böyuk önəm verdiyini bildirib. O, Gurcüstanın iqtisadi inkişafı, beynəlxalq layihələrdə iştirakı, ölkəsinin investisiya imkanları barədə ətraflı məlumat verib.
Konfransda Böyük İpək yolunun inkişafı, reginal təhlükəsizlik, iqtisadi, enerji, infrastruktur layihələri, logistika, regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Tədbirdə, həmçinin, həyata keçirilən iri regional neft və qaz layihələri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi diqqət mərkəzində olacaq.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












