Tbilisidə yeni metro stansiyası açılacaq

Gürcüstanın paytaxtı Tbilisiin Vake-Saburtalo rayonunda metronun yeni "Universitet" adlı stansiyası açılacaq. Avtosfer.az "Report"a istinadən xəbər verir ki. stansiya ilk sərnişinlərini gələn ayın əvvəlində qəbul edə biləcək. Tikintisinə 22 il əvvəl başlanmış stansiyada uzun illər iş görülməyib və yalnız 2015-ci ildə Asiya İnkişaf Bankının maliyyə vəsaiti hesabına layihənin icrası davam etdirilib. Stansiya 83 mln. lariyə (təxminən 33,9 mln. ABŞ dollarına) başa gəlib. Hazırda "Universitet" test rejimində fəaliyyət göstərir. Xatırladaq ki, Tbilisidə metro 11 yanvar 1966-cı il tarixində işə düşüb və keçmiş SSRİ-də Moskva, Leninqrad və Kiyevdən sonra sayca dördüncü metro olub. Hazırda Gürcüstan paytaxtında 2 xətt üzrə 22 metro stansiyası var. Xətlərin ümumi uzunluğu 56,3 km-dir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












