TDT-yə üzv dövlətlərin daxili işlər nazirlərinin növbəti iclası keçirilib - FOTO

Mayın 23-də Bakı şəhərində Türk Dövlətləri Təşkilatının daxili işlər nazirlərinin ikinci görüşü keçirilib.
Bu barədə Avtosfer.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Türk Dövlətləri Təşkilatının daxili işlər nazirlərinin ikinci Görüşünün iştirakçılarından ibarət nümayəndə heyəti Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar. Sonra Zəfər parkına gələn qonaqlar Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbəsini simvolizə edən Zəfər abidəsi önünə əklil qoyaraq şəhidlərə ehtiramlarını ifadə ediblər.
Görüşdə Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov, Qazaxıstan Respublikasının daxili işlər naziri Erjan Sadenov, Qırğız Respublikasının daxili işlər naziri Ulan Niyazbekov, Türkiyə Respublikasının daxili işlər naziri Ali Yerlikaya, Özbəkistan Respublikasının daxili işlər naziri Aziz Taşpulatov, Şimali Kipr Türk Cümhuriyyətinin daxili işlər naziri Dursun Oğuz, Macarıstan Respublikası daxili işlər nazirinin müavini Bentse Retvari və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak edib.
İclası açıq elan edən Vilayət Eyvazov iştirakçıları səmimiyyətlə salamlayaraq Təşkilata üzv dövlətlərin xalqlarını sıx dostluq, qarşılıqlı inam və hörmət tellərinin bağladığını, türk dövlətləri liderlərinin müdrik uzaqgörənliyi və siyasi iradəsi sayəsində ölkələrarası dostluq və qardaşlıq münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, strateji tərəfdaşlıq xarakteri daşıdığını, dövlət başçılarının müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq dinamik inkişaf etdiyini, bu kontekstdə Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın daha da dərinləşdiyini diqqətə çatdırıb.
İclasda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi, transmilli mütəşəkkil cinayətkarlıqla birgə mübarizə, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi sahəsində məlumat mübadiləsi, informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin qarşısının alınması, aşkar edilməsi, açılması üzrə əlaqəli fəaliyyət və Təşkilatın daxili işlər orqanlarının rəqəmsallaşması sahəsində əməkdaşlığın perspektivləri kimi məsələlər müzakirə edilib.
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin daxili işlər nazirlərinin növbəti görüşünün Qazaxıstan Respublikasında keçirilməsi qərara alınıb.
Tədbirdə tərəflər Türk Dövlətləri Təşkilatı daxili işlər nazirlərinin ikinci Görüşünə dair Birgə Kommünike sənədini imzalayıblar.
Çıxışlarda təşkilata üzv və müşahidəçi dövlətlərin daxili işlər nazirlərinin ikinci Görüşünün türk xalqları və dövlətləri arasında həmrəyliyin möhkəmləndirilməsinə növbəti təkan olacağına əminlik ifadə olunub, habelə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tədbirə ev sahibliyi etməsinə görə təşəkkür edilib.








Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ
"Jurnalistika və İnkişaf Mərkəzi" layihə ilə bağlı tədbir təşkil etdi - FOTOLAR
Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI










