TƏBİB-dən çağırışa gecikən təcili tibbi yardım həkiminin vətəndaşı təhqir etməsi iddiasına CAVAB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakı şəhər sakini Ülvi Quliyevin təcili tibbi yardım briqadasının çağırışa gec gəlməsinə dair şikayəti barədə açıqlama verib.
TƏBİB-dən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaş tərəfindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə martın 9-u, saat 16:29-da arterial təzyiq səbəbi ilə çağırış daxil olub:
“Müraciət təxirəsalınmaz hal olduğu üçün gözləməyə alınaraq saat 17:05-də icraya verilib. Ünvana gedən təcili tibbi yardım həkimi vətəndaşa ilkin tibbi yardım göstərməyə çalışsa da, buna xəstə tərəfindən maneələr yaradılıb.
Eyni zamanda, xəstənin qeyri-adekvat hərəkətləri müşahidə olunub. Xəstə məlumatların qeydə alınması üçün şəxsiyyət vəsiqəsini təqdim etməkdən imtina edib. Qeyd edək ki, şəxsiyyət vəsiqəsindəki məlumatların qeydə alınması vətəndaşa təqdim olunacaq xəbərdarlıq vərəqəsi üçün vacibdir.
Təcili tibbi yardım həkimi xəstənin arterial təzyiqini dəqiq müəyyən etmək üçün ona bir qədər sakit dayanmasını tövsiyə etsə də, o buna əməl etməyib. Müayinə nəticəsində xəstənin yuxarı təzyiqinin 150 mm civə sütunu olduğu müəyyənləşib. Daha sonra xəstə digər tibbi yardımların göstərilməsindən imtina edib”.
Qeyd edilib ki, təcili tibbi yardım briqadası xəstənin ünvanında olduğu halda Ü.Quliyevin “103” Çağrı Mərkəzinə saat 17:38-də yenidən müraciəti qeydə alınıb:
“Ünvanda təcili tibbi yardım briqadası olduğu üçün xəstənin müraciəti gözləməyə alınıb. Daha sonra yeni briqada tərəfindən müraciət icra olunub. Təcili tibbi yardım həkimi vəzifəsini protokola və etik davranış qaydalarına uyğun icra edib”.
Xatırladaq ki, Xətai rayonu, Zığ yolu, 29 ünvanında yaşayan Ü.Quliyevin martın 9-da halı qəfil pisləşib və o, təcili yardım briqadası çağırıb. Vətəndaş iddia edir ki, çağırışa gecikən təcili tibbi yardımın həkimi onu təhqir edib.
Dövlət parklanma yaratmağa borclu deyil - Şəhəri iflic edən nədir? - VİDEO
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI










