TƏBİB-dən uşaqlarla bağlı dəhşətli səhv!

Biri var ki, bilməmək - buna baxmayaraq, bunu dərk edib öyrənməyə çalışmaq və cəhd etmək. Bu, ayıb deyil. Biri də var ki, bilməmək - amma bunu dərk edərək həm də öyrənmək istəməmək və buna heç cəhd etməməmək. Bu isə çox ayıbdır.
İkinci hala üstünlük verən peşə sahiblərini onların ixtisaslarına uyğun müxtəlif titullarla təqdim etmək olar. Məsələn: yumşaq desək, "yerini bilməyənlər", "məsuliyyətsizlər", "savadsızlar", daha dəqiq desək "cinayətkarlar" və s.
Dünən TƏBİB-in uşaqlarda SARS-CoV-2 virusuna yoluxma zamanı yaydığı protokolla tanış oldum. Bu protokolun tərtibi bir daha onu göstərir ki, TƏBİB-in işi yuxarıda dediyim misalın ikincisinə aiddir. Peşə sahəsinə uyğun olaraq adını qoymağı isə sizlərə buraxıram. Yazdığım “titulların” siyahısını artıra bilərsiniz.
Protokolda bir çox şeylər səhv qeyd edilib. Amma ən dəhşətlisi isə uşaqlarda müalicə bölümü və burada tətbiqi məsləhət görülən bəzi dərmanların adlarıdır. Qısaca deyim ki, həmin dərmanların bəzisinin, ümumiyyətlə, dünyada uşaqlarda istifadəsi qadağandır. Digər tərəfdən isə dərmanların adları yazılarkən uşaqlarda ciddi fəsadlar törədə biləcək (hətta ölümə səbəb ola biləcək) yan təsirləri nəzərə alınmayıb.
Bu cür protokolun tətbiqində yol verilən məsuliyyətsizlik heç bir halda qəbul edilən deyil. Nəticə etibarı ilə hansısa rayonda olan həkim bu dərmanı uşağa verib, nəticədə azyaşlının ölümünə səbəb olsa, günahın kimin boynunda olacağını da bizlər çox gözəl başa düşdüyümüzdən bu protokolun qısa zamanda dəyişilməsini və elmi əsaslarla tərtib edilməsini TƏBİB-dən tələb edirik!
Bu cür protokolların tətbiqində TƏBİB tərəfindən yol verilən belə ciddi səhvlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ölkədə pozitiv istiqamətdə edəcəyi məsələlərə xələl gətirməklə yanaşı, TƏBİB-in də məsələlərə nə qədər hakim olduğunu bir daha göstərdi.
Nuran Abdullayev
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO
Baharın müjdəçisi və türk dünyasının birlik bayramı - NOVRUZ
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO










