TƏBİB-in bıçaqlanan əməkdaşı evə buraxıldı

Keçmiş həyat yoldaşı Tural Qanbayev tərəfindən bıçaqlanan Şirvan Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayeva xəstəxanadan evə buraxılıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Bizim.Media"ya onun yaxınları məlumat verib. L.Qanbayevanın vəziyyətinin yaxşılaşdığı və həyati təhlükəsinin olmadığı bildirilib. Şirvan Şəhər Xəstəxanasında əməliyyat olunan 1986-cı il təvəllüdlü L.Qambayevanın müalicəsi evdə davam etdiriləcək.
Qeyd edək ki, L.Qanbayeva oktyabrın 7-də keçmiş həyat yoldaşı Tural Qanbayev tərəfindən bıçaqlanıb. Bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu təyin olunan pasiyent üzərində zəruri instrumental-diaqnostik müayinələrdən sonra cərrahi əməliyyat icra olunub.
Lamiyə Qanbayevanı bıçaqlayan Tural Qanbayev isə törətdiyi cinayətdən sonra sirkə turşusu içərək intihara cəhd etmişdi. O, hələ də Şirvan şəhər xəstəxanasında reanimasiyadadır.
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA
Paytaxtda bu yollarında tıxac var - SİYAHI
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı










