TƏBİB sədri koronavirus vaksinlərin hansının daha effektiv olmasına münasibət bildirib

“Hazırda COVID-19-un qarşısını almaq üçün hazırlanan mövcud olan 5 vaksindən birinin (Almaniya) saxlanma şəraiti çox çətindir. Qoruyuculuğu isə 95 %-dir”.
Avtosfer.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində deyib.
TƏBİB sədri bildirib ki, Rusiya, ABŞ və Çin koronavirusa qarşı vaksin hazırlayır. Onun fikrincə, Çin vaksinnini saxlanma şəraiti nisbətən münasibdir: “Ənənəvi üsulla hazırlanan vaksinlərdə infeksiyaya səbəb olan törədicilər 2 metodla - attenuasiya (törədici zəiflədilir) və inaktivləşdirmə (törədici öldürülür) ilə zərərsizləşdirilir. Bu vaksinlər daha təhlükəsizdir. Vaksinlərin bu günə qədər hər hansı əlavə təsiri müəyyən olunmayıb. "SinoVac" şirkətinin vaksini inaktiv virus, “BioNTech” vaksini sintetik kodla kimyəvi üsulla çoxaldılır. Həm qrip, həm də hepatit A, quduzluq vaksini, uşaq iflici əleyhinə vaksinlər geniş və təhlükəsiz istifadə olunanlardır”.
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










