TƏBİB sərnişinlərə yenidən müraciət edib
Gündəm
8 İyun 2020 14:34
Oxunub 1188

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ictimai nəqliyyatdan istifadə edənlərə müraciət edib. TƏBİB-dən Avtosfer.az-a verilən məlumata görə, müraciətdə özümüzü və başqalarını qorumaq üçün COVID-19 infeksiyasının yayılmasının azalmasında nələri etməyin praktik və mümkün olduğunu düşünmək tövsiyə olunub.
TƏBİB vətənşalara aşağıdakıları tövsiyə edir:
- Xəstəsinizsə, evdə qalın;
- İctimai nəqliyyatda fiziki məsafə saxlamaq çətin olduğundan, mütləq maskadan istifadə edin;
- Tranzit stansiyanı tərk edərkən və və son dayanacaqda əl gigiyenasına riayət edin. Əllərinizi spirt əsaslı dezinfektantla təmizləyin.
Namiq Musayev

ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













