Təbii fəlakət Kiş kəndinin rayon mərkəzi ilə əlaqəsini kəsib

Kiş çayına lilin gəlməsi səbəbindən, Şəkinin Kiş kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Avtosfer.az xəbər verir ki, bu barədə Kiş kənd sakinlərinin verdiyi məlumata görə, iyulun 2-i axşam saat 22 radələrindən başlayaraq Şəki rayonu Kiş kəndi inzibati ərazisindəki Kiş çayına dağlıq ərazidən 3-4 metr qalınlıqda lil gəlməyə başlayıb. Kiş kənd bələdiyyəsinin sədri Tərlan Nurməmmədov verdiyi açıqlamada faktı təsdiqləyib. T.Nurməmmədovun sözlərinə görə, çaya gələn lil səbəbindən kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Belə ki, çaya gələn lil kəndi rayon mərkəzi ilə birləşdirən Kiş körpüsünü yararsız hala salıb. Yolun asfalt üzlüyünün üstündə 30-40 sm lil durduğundan yolu müəyyən etmək mümkün deyil. Şəki Şəhər-Rayon Polis Şöbəsindən verilən məlumata görə, Kiş çayına lil gəlməsi səbəbindən çayın üzərindəki iki körpü dağılıb, kəndlə gediş-gəliş əlaqəsi kəsilib. Məlumatda bildirilir ki, kəndin yuxarı hissəsində, çayın yaxınlığında olan istirahət mərkəzlərinin birində 20-yə qədər adam qalıb. Hazırda həmin istirahət mərkəzində qalan insanları təxliyyə etmək üçün əraziyə xüsusi texnika göndərilməsi planlaşdırılır. Rayon rəhbərliyinin və rayonun digər müvafiq qrumlarının əraziyə baxış keçirdiyi bildirilir. Kiş çayına hündürlüyü 3-4 metr olan lilin gəlməsinə səbəb dağlıq əraziyə yağan güclü leysanın olduğu bildirilir.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












