TƏBİB-in tabeliyindəki xəstəxanalarda işləyən həkimlərin gəlirləri azdır? – RƏSMİ AÇIQLAMA

Son günlər Tibbi Ərazi Bölmələrinin İdaretmə Birliyinin tabeliyində olan xəstəxanalarda işləyən həkimlər öz əməkhaqlarının, eləcə də bonuslarının aşağı olması ilə bağlı narazılıqlarını dilə gətirirlər. Nəzərə alsaq ki, 1 saylı Klinik Tibbi Mərkəzin qeydiyyatına düşən hər bir xəstyə üçün verilən çeklərdən 1 manat 70 qəpik həkimin bonusu olaraq hesablanır, o zaman bir çox nüanslar ortaya çıxır.
Avtosfer.az xəbər verir ki, gün ərzində azı 30 xəstə qəbul etməli olan həkimlər ayın cəmi 24 günü işə çıxsalar, maaşlarına 1200 manatdan çox bonus əldə etmiş olurlar.
Məsələni daha dərindən öyrənə bilmək üçün İcbari Tibbi Sığorta üzər Dövlət Agentliyinə sorğu göndərdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, bütün ölkə vətəndaşlarının, həmçinin respublikada qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının ölkəmizdəki nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və Azərbaycanda rəsmi gəliri olan əcnəbilərin icbari tibbi sığortadan istifadə etmək hüquqları var:
“İcbari tibbi sığorta müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə, həmçinin Miqrasiya Məcəlləsinə əsasən ölkəmizdə müvəqqəti və ya daimi yaşayan əcnəbilərə şamil edilmir.
Ötən ilin statistik göstəricilərinə əsasən 5 milyon 236 mindən çox vətəndaş icbari tibbi sığorta çərçivəsində tibbi xidmətdən yararlanıb. Müraciətlər isə 24 milyondan artıq olub. Müraciətlər əsasında 84.4 milyon tibbi xidmət göstərilib.
“Tibbi sığorta haqqında” Qanuna əsasən icbari tibbi sığorta haqları üzrə yığımlar aylıq olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir”.
Agentliyin verdiyi rəqəmlərdən də göründüyü kimi, ölkə əhalisinin yarıdan çoxu il ərzində bir neçə dəfə xəstələnib, yaralanıb, analiz verib deyə, ümumilikdə 84,4 milyon dəfə xidmətlərdən istifadə edilib. Bu isə o deməkdir ki, Azərbaycanda dövlət sektorunda işləyən həkimlərə vətəndaşlara göstərilən həmin sayda xidmətin azı 1,7 misli qədər bonus ödənilib.
Səfər
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












