“Təbriz” küçəsində avtomobillərin hərəkəti iki-üç günə bərpa olunacaq” - FOTO

“Təbriz” küçəsində əsaslı yenidən qurma işləri aparılması səbəbindən metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında avtomobilin hərəkəti məhdudlaşdırılıb. Ərazidə texnikalar işləyib, asfalt örtüyünü yeniləyirlər. Məsələ ilə bağlı musavat.com-a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, təmir işləri yaxın günlərdə yekunlaşacaq: “Küçədə əsaslı təmir işləri aparılır. Ona görə də asfalt örtüyünün yeniləndiyi yerlərdə avtomobilin də hərəkəti məhdudlaşdırılır. Hazırda təmir görülən yerdə işlər yekunlaşandan sonra “Təbriz” küçəsinin digər hissəsi bağlanacaq. Ümumilikdə isə küçənin başdan-başa əsaslı şəkildə yenidən qurulması işləri aparılır. Orada nəqliyyatın hərəkəti intensivdir. Yol açıq olduğu zaman işləmək mümkün deyil. Nə qədər imkan oldusa, indiyə qədər yolu açıq saxlayıb, işlər görmüşük. Son mərhələ isə asfalt örtüyünün yenilənməsidir. Artıq bu işlər aparılan zaman yolu açıq saxlamaq çətindir. Ona görə də hazırda “Metropark”ın qarşısında keçən hissədə avtomobil yolunu bağlamışıq. Orada eyni zamanda yol dar olduğu üçün açıq olması mümkün deyil. Həmin ərazidə avtomobillərin hərəkətinin bərpası yaxın 2-3 gün ərzində mümkün olacaq. Digər hissələrdə isə təmir zamanı yol tamamilə bağlanmayacaq. Çünki digər yollar genişdir və bu səbəbdən də yolun yalnız bir hissəsi bağlanacaq, təmir işləri görüləcək. Yolun digər hissəsində isə ikitərəfli istiqamət təmin olunacaq. Daha sonra təmir edilən hissə açılacaq, yolun digər hissəsi bağlanacaq. Yəni hərəkət yalnız tam şəkildə “Metropark”ın qarşısında bağlanıb”.
A.Nəcəfli bildirib ki, "Təbriz” küçəsinin uzunluğu 3.5 km, hərəkət hissəsinin eni isə ortalama 16 metr təşkil edir: “2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolaqlı küçə 1 metr enində ayrıcı zolaqla bölünür. Küçəni uzun müddət təmir olunmaması, yolun hərəkət hissəsində çökmələrə və deformasiyalara gətirib çıxarmışdı. Bu isə intensiv hərəkətə maneə yaradırdı. Küçənin əsaslı şəkildə yenidən qurulması işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Belə ki, istismar müddəti bitmiş su və qaz xətləri yenidən çəkilir, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılır. Birgə aparılan işlər gələcəkdə yolun tez bir zamanda sıradan çıxmasının qarşısını almış olacaq”.






İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












