Təcili Tibbi Yardım maşınları xəstələri bütün xəstəxanalara apara bilərmi? - VİDEO

Bəzi xəstəxanalar təcili tibbi yardım briqadalarının gətirdiyi xəstələrdən imtina edirlər.
Son günlər “Xəbər Ertəsi”nin qaynar xəttinə də bu məzmunda nəzərəçarpacaq qədər mesajlar daxil olur. Qaynar xəttə müraciət edən Yaşar Şahbazov iddia edir ki, qardaşı qaraciyər sirrozundən əziyət çəkirdi. Bir gün vəziyyəti ağırlaşdığından təcili tibbi yardım briqadası çağırdılar. Həkimlər onun xəatəxanaya yelrləşdirilməli olduğunu söylədilər.
Burada bir məqam da maraqlıdır – xəstəni hər istədiyi xəstəxanaya aparmaq olmur. Təcili yardım ancaq 2-3 stasionarla çalışır.
Tibbi ekspert Adil Qeybulla deyir ki, dövlət xəstəxanaları ilk növbədə təcili tibbi yardım briqadalarının gətirdiyi təxirəsalınmaz xəstələri qəbul etməlidir. Lakin təəssüf ki, əsasən paytaxtda yerləşən dövlət xəstəxanalarında təlabatı qarşılayacaq qədər boş yerlər yoxdur.
Məsələ ilə bağlı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə müraciət etdik. Qurumdan bildirildi ki, xəstələrin əsasən Kliniki Tibbi Mərkəzə və ya Sabunçu xəstəxanasına aparılmasının başlıca səbəbi adı çəkilən müəssisələrdə yaradılmış tibbi imkanların daha geniş olmasıdır.
TƏBİB-dən bildirildi ki, cari ilin yanvar-sentyabr ayları ərzində Təcili yardıma 18 milyona yaxın müraciət daxil olub ki, onlardan yarım milyona yaxını stasionar müalicəyə yönləndirilib. Təlabatın çoxluğunu nəzərə alaraq da, çarpayı fonduna yenidən nəzər yetirilir – deyən TƏBİB rəsmisi, yaxın gələcəkdə yerlə bağlı problemlərin yaranmaması üçün müəyyən işlər görüldüyünü əlavə etdi.
Ətraflı videomaterialda.
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO
Baharın müjdəçisi və türk dünyasının birlik bayramı - NOVRUZ
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO










