Təcili tibbi yardım üçün vertolyotlardan istifadə halları azalıb

Son zamanlar təcili tibbi yardımın göstərilməsi üçün vertolyotlardan istifadə halları azalıb. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (SN TTTYS) baş həkimi Mirələm Cavadov deyib.
Vertolyotlardan istifadə hallarının azalmasının səbəbini onlara artıq ehtiyacın duyulmaması ilə izah edən baş həkim qeyd edib ki, yerlərdə SN TTTYS nəzdində yüksək səviyyəli 12 regional məntəqə və “113” dispetçer mərkəzi yaradılıb.
Mərkəzlərin hər birinin yüksək səviyyəli həkimlərlə təmin edildiyini deyən M.Cavadov əlavə edib ki, hazırda 2 ədəd son model vertolyotları var. Həmin vertalyotlar bütün lazımi və müasir cihazlarla təmin olunub: “Bu vertolyotları bizə “Silkway” şirkəti verir. Ehtiyac olduqda biz onlara həmin vertolyotlardan istifadə üçün müraciət edirik. Həmin vertolyotlar ən az qəza törətmiş vertolyotlardır və onların bütün imkanları var. Bu vertolyotlara hətta “uçan reanimasiya şöbəsi” də demək olar. Ehtiyac olanda, yəni əraziyə maşın və digər vasitələrlə getmək mümkün olmadıqda biz bu vertolyotlardan istifadə edirik”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












