Təcili: Xankəndində güclü partlayışlar və pulemyot səsləri

Bu gün axşam saatlarında işğal altındakı Xankəndində, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərliyi ilə danışıqlar apardığı saatlarda şəhərdə bir-birinin ardınca bir neçə güclü partlayış baş verib. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda RİA Novosti agentliyinin həmsədrlərin Xankəndinə səfərini izləyən müxbiri məlumat çatdırıb. Məlumata əsasən həmsədrlərin qondarma "dqr prezidenti” Bako Saakyanla görüşünün keçirildiyi saatlarda şəhər bir-birinin ardınca baş verən partlayışlarla silkələnib.
Partlayışlarla yanaşı şəhərin kənarından pulemyot atəşləri başlayıb. Həmsədrlərin görüşlərinin başa çatmasını gözləyən çoxsaylı jurnalistlər qaranlıqda işıq saçan pulemyot güllələrinin uçuşunu öz kameralarına çəkiblər. Lakin qondarma rejimin nümayəndələrindən şəhərdə nə baş verdiyi haqda məlumat almaq mümkün olmayıb.
Yeri gəlmişkən, Ermənistan prezidenti Serj Sərkisyan separatçı "Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımamalarını güzəşt adlandırıb. Deutsche Welle nəşri xəbər verir ki, onun sözlərinə görə, "DQR”in müstəqilliyinin tanınması erməni tərəfinin danışıqlardan imtina etməsi demək olardı. Sərkisyan həmçinin qeyd edib ki, onun ölkəsi vəziyyəti daha da gərginləşdirməmək üçün separatçı "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini tanımağı planıaşdırmır. Ermənistan prezidenti əlavə edib ki, erməni tərəfi hərbi əməliyyatların başlanmasını gözləyirdi və döyüşlər başlayandan üç gün sonra atəşin dayandırılması təsadüf deyil.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












