Təcili: Xankəndinə pilotsuz təyyarə göndərildi, partlayışların səbəbi məlum oldu - VİDEİO

Ötən axşam ATƏT-in Minsk Qrupunun həmsədrlərinin işğal altındakı Xankəndində Dağlıq Qarabağ qond arma rejiminin rəhbərliyi ilə görüş keçirdiyi saatlarda şəhərdə eşidilən partlayışların və pulemyot səslərinin səbəbi məlum olub. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, qondarma rejimin güc strukturlarındakı mənbələr ötən axşam Xankəndinin üzərində Azərbaycana aid pilotsuz kəşfiyyat təyyarəsinin vurulduğunu “İnterfaks”a bildirib.
Mənbə bildirib ki, pilotsuz uçan aparat döyüş təyinatlı deyil, kəşfiyyat təyinatlı olub. O, yerdən Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən vurulub. Mənbə təsdiq edib ki, həmin saatlarda Xankəndində həmsədrlərin danışıqları gedirdi. “İnterfaks” ilk dəfədir Azərbaycanın Xankəndi üzərinə pilotsuz təyyarə göndərdiyini bildirir.
Bu arada Xankəndindəki şiddətli partlamalarla bağlı ilkin təfərrüatlar məlum olub. “AzeriDefence”nin xəbərinə görə, bu barədə Ermənistanın “Birinci İnformasiya Agentliyi” məlumat yayıb. Yaydığı məlumata görə, Xankəndi Azərbaycan Silahlı Qüvvələri tərəfindən “Harop” atışına məruz qalıb. Agentlik partlayışın videosunu da yayıımlayıb.
Qeyd edək ki, “Sputnik” agentliyinin məlumatına görə, ATƏT-in Minsk qrupu həmsədrlərinin separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanla görüşü zamanı Xankəndinin mərkəzində güclü partlayışlar baş verib. Şəhərin kənarından pulemyot səsləri də eşidilib, havada işıqsaçan güllələr görünüb.
Məlumat üçün bildirək ki, bundan əvvəl Azərbaycan Silahlı Qüvvələrinin “Harop” atışıyla Ağdərədə Ermənistandan Qarabağa döyüşşməyə gələn Sünik silahlılarını daşıyan avtobus, Hadrutda isə bir ədəd “Akatsiya” özüyeriyəən haubitsa və onun sursat daşıyıcısı məhv edilib.
Xatırladaq ki, ötən axşam Xankəndində həmsədrlərin görüşlərini izləyən rusiyalı jurnalistlər şəhərdə güclü partlayışların və pulemyot səslərinin eşidildiyini xəbər veriblər. Separatçı rejimin təmsilçiləri bu partlayışlarla bağlı izahat verməyib. Daha sonra “İnterfaks” ehtimal edib ki, partlayış və atəş səsləri döyüşlərin dayanmasından sevinən ermənilərin bayram atəşfəşanlığı ola bilərdi...
Qoyunları “zebra”nın önünə bağlayıb, kəsilən inəklərin başını da səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Avtomobillər bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
Baş nazirdən benzin və dizel yanacağı ilə bağlı QƏRAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI - FOTOLAR
Donald Trampa edilən sui-qəsd cəhdi hansı mesajı daşıyırdı? - AÇIQLAMA
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Prezident "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb
Yollarda görünüş məhdudlaşacaq - 300-800 metrədək
Rus oliqarxın 500 milyonluq superyaxtası Hörmüzdən keçdi








