Təcili yardım işçiləri döyüldü - Restoranın həyətində

Xətai rayonunda təcili tibbi yardım stansiyasının həkim briqadası restoranların birinin həyətində döyülüb. Hadisə gecə saatlarında Xətai rayonu, Əhmədli qəsəbəsi Telnov küçəsi 6 a ünvanında yerləşən “Pion Palace”ın həyətində qeydə alınıb. Adı çəkilən əraziyə çağırışa gedən 7 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Aynurə Şamilzadə və feldşer Günay Həziyeva gözləmədikləri vəziyyətlə üzləşiblər. Avtosfer.az xəbər verir ki, zərərçəkənlərin Salamsews-a verdikləri məlumata görə, içkili vəziyyətdə olan xanıma yardım etmək istəyən zaman bir neçə nəfər sərxoş şəxs onlara müxtəlif bədən xəsarətləri yetiriblər.
Qeyd edək ki, “Pion Palace”ın əməkdaşları da baş vermiş faktı təsdiq edərək bildiriblər ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları sərxoş şəxslər tərəfindən təzyiqlərə məruz qalıblar və döyülüblər.
Xətai rayon 7 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları sonradan adlarını bildikləri Salmanova Günel Elman qızı və Elvin adlı şəxsdən aidiyyatlı orqanlara şikayət ediblər.
Xətai rayon Polis İdarəsi 34-cü polis bölməsində təhqiqat araşdırmalarına başlayıb. Polis bölməsindən bildirilib ki, zərərçəkənlərin izahatları alınıb və xəsarətlərinin müəyyən olunması üçün onlar Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xətai rayon şöbəsindən məhkəmə tibbi ekspertizasından keçiblər. Artıq hadisəni törətməkdə şübhəli bilinən Salmanova Günel Elman qızı və Elvin adlı şəxsin də izahatları alınıb, sərxoşluq dərəcəsinin müəyyən olunması üçün ekspertizadan keçiblər.
Materiallar toplanaraq Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndəriləcək. Müvafiq ekspertizaların rəyindən sonra fakta hüquqi qiymət veriləcək.

Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı paylaşım edib - VİDEO
Hikmət Hacıyev: “İki dilin kombinasiyasında danışmağa çalışırıq” - VİDEO
İlham Əliyev və Mehriban Əliyeva Daşkənddə Heydər Əliyevin memorialını ziyarət ediblər - YENİLƏNİB
Hikmət Hacıyevə Özbəkistan səfərində özəl hədiyyə - FOTO
İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
Prezident İlham Əliyevin səfəri Özbəkistan mediasının diqqət mərkəzində - VİDEO
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA










