Təcili yardım maşınlarının və işçilərinin sayı artırılacaq – TƏBİB AÇIQLADI

Təcili tibbi yardım briqadasının çağırışlara gecikməsi adi hal alıb. Gecikmənin səbəbi kimi isə təcili yardım briqadasının sayının azlığı, yollarda baş verən tıxaclar və ən əsası isə paytaxt ərazisində yaşayan vətəndaşların sayının çoxalması kimi problemləri göstərmək olar. Sözügedən məsələ qarlı və şaxtalı havada daha da böyük problemə çevrilir. Avtosfer.az-ın “qaynar xətt”inə çoxsaylı şikayətlər daxil olub.
Bəs TƏBİB-in bu problemdən xəbəri varmı və problemin aradan qalxması üçün nə kimi işlər görülür?
TƏBİB-dən Avtosfer.az-a bildirildi ki, təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında ilk olaraq təcili, daha sonra təxirəsalınmaz çağırışlar qeydə alınaraq növbəlilik prinsipi ilə xidmət göstərilir. “Nəzərinizə çatdıraq ki, hazırda xidmətin optimallaşdırılması məqsədilə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyətinin bir mərkəzdə - Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi kimi birləşdirilir və “Vahid pəncərə” sistemi qurulur ki, bu da xidmət keyfiyyətinin yüksəldilməsi, təcili, təxirəsalınmaz tibbi yardım xidməti göstərən əməkdaşların bilik və bacarıqlarının eyni dərəcədə artırılması, vahid standartlar əsasında iş prinsipinin tətbiqinə hesablanıb”.
Qeyd edək ki, eyni zamanda xidmət keyfiyyətinin artırılmasına təchiz olunan müasir ambulansların alınması ilə yanaşı, kadr təminatının artırılması da planlar daxilindədir.
Nurlan Sakitoğlu
Pakistan–Əfqanıstan münaqişəsi buna görə yaranıb – Politoloq səbəbləri AÇIQLADI
Gənc Tamaşaçılar Teatrının üstündə restoran üçün teras tikilir – Memardan İDDİA - FOTOSESSİYA
İranın öldürülən generalları - SİYAHI
Bu yollarda tıxac var - SİYAHI
Görmə məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Benzinin qiyməti pandemiyadan əvvəlki ən yüksək həddə çata bilər - NƏŞR
Xameneini əvəzləyən Əlirza Ərafi kimdir? - Qarabağla bağlı görün nələr deyib
Qar yağacaq, 18 dərəcə şaxta olacaq - Sabahın havası
Kütləvi toplaşma yerlərindən uzaq durun - XİN-dən Yaxın Şərqdəki vətəndaşlara müraciət
Bakıda ev qiymətinə olan qarajlar - VİDEO
"Yalnız rəsmi məlumatları yayın" - Jurnalistlərə xəbərdarlıq








