Təcili yardıma 152 nəfər müraciət edib - İslamiada keçirilən günlərdə

“IV İslam Həmrəyliyi Oyunları keçirilən günlərdə - mayın 12-dən 21-nə qədər təcili tibbi yardıma ümumilikdə 152 nəfər müricət edib”. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ və hospital işlər üzrə baş həkimin müavini Murad Mirzəzadə deyib. Onun sözlərinə görə, müraciət edənlərdən 103 nəfəri yerli, 49 nəfəri isə əcnəbi vətəndaşlar olub: "Yerli vətəndaşlardan 25 nəfəri, əcnəbilərdən isə 19 nəfəri xəstəxanaya yerləşdirilib. Oyunlar üçün ümumilikdə 45 həkim briqadası ayrılmışdı. Diaqnozlara gəlincə, ya idmançının oyun zədəsi olub, yaxud kiminsə təzyiqi qalxıb və ya düşüb, eləsi də var ki, qızdırması olub. Yaxud da sadəcə həyəcan keçirib. Lakin ciddi diaqnoz qeydə alınmayıb". M.Mirzəzadə qeyd edib ki, Oyunların bu gün keçiriləcək bağlanış mərasimi üçün 20 həkim briqadası ayrılıb. Həkim briqadaları Bakı Olimpiya Stadionunda olacaqlar. Qeyd edək ki, Oyunlar keçirilən günlərdə yarış iştirakçılarına və qonaqlara keyfiyyətli tibbi yardımın göstərilməsi məqsədi ilə iki tibb müəssisəsi - 1 saylı Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi ayrılıb.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










