“Təcili yardım”ın sürücüsü döyüldü – FOTO

Ötən gün saat 18 radələrində Sabunçu rayonu, İlyas Aslanov küç. 166 ünvanında yerləşən 12 saylı təcili yardım stansiyasının inzibati binasında təcili yardım stansiyasının sürücüsü, 1954-cü il təvəllüdlü Sadıqov Vəli Baloğlan oğlu dəm qazından zəhərlənən 17 yaşlı Nazilə Sadıqovanın atası tərəfindən döyülüb. Avtosfer.az salamnews.az-a isrtind Niyaməddin adlı şəхs təcili yardım stansiyasında növbətçi həkim Abbasova ilə mübahisə edərək onu təhqir edib. Bu zaman Vəli Sadıqov həmin şəхsə təhqirlə danışmamağı məsləhət görüb. Ancaq əsəblərini cilovlaya bilməyən şəхs 67 yaşlı sürücünü elə stansiyanın 4 əməkdaşının gözü qarşısında döyməyə başlayıb. Sonra isə dəm qazından zəhərlənən qızını götürüb, 1 saylı Şəhər Хəstəхanasının toksikologiya şöbəsinə aparıb. Zərərçəkmiş Vəli Sadıqov isə təcili yardım stansiyasının əməkdaşlarının köməkliyi ilə 3 saylı Şəhər Хəstəхanasına gətirilib. İlkin müayinələr zamanı 67 yaşlı sürücüdə burun sınığı və gözünün altının hematoması aşkar edilib. Baş vermiş hadisə ilə bağlı dərhal ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə məlumat verilib. Fakt təhqiqatçı tərəfindən araşdırılır. salamnews-un zərərçəkmişə istinadən verdiyi xəbərə görə, döyülən sürücünün ifadəsi alınıb və məhkəmə tibbi ekspertizası təyin olunub. Alınan rəydən sonra, fakta hüquqi qiymət veriləcək.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY















