Tegel aeroportu "yaşayacaq"

Berlinin qərb hissəsində yerləşən köhnəlmiş Tegel aeroportunun taleyi getdikcə daha da qeyri-müəyyən olur. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, bu həftə keçirilən referendumda şəhər sakinləri Tegel aeroportunun saxlanılmasını dəstəkləyiblər. Bu da gözlənilən hadisə idi. Hakimiyyət orqanları çaşqınlıq içindədir. Bu referendumun heç bir hüquqi qüvvəsi yoxdur və daha çox ictimai rəy sorğusu olub. Amma onun nəticələri birmənalıdır: səs verən Berlin sakinlərinin çoxu - 56 faizi istəyir ki, Almaniya paytaxtında bir deyil, iki aeroport işləsin.
Berlin Senatının fikrincə, 1970-ci ildə inşa edilmiş beton altıbucaq son dərəcə köhnəlib, təhlükəsizlik baxımından müasir tələblərə cavab vermir və milyardlarla avro məbləğində vəsait yatırılmasını tələb edir. Şəhərin hakimiyyət orqanları onun yerində texnopark, habelə hazırda böyük tələbat olan ucuz evlər inşa etməyi planlaşdırırdı. Amma hava limanının fəaliyyətini dayandırmasını şərtləndirən ən tutarlı səbəb budur ki, şəhərin şimal-qərb hissəsində - Şönefelddə yeni Berlin-Brandenburq aeroportunun (BER) işə salınmasına icazənin alınması BER-in istifadəyə verilməsindən ən çoxu yarım il sonra Tegelin məcburi qaydada bağlanmasını tələb edir.
Berlin KİV-lərinin “Tegel fanatları” adlandırdıqları paytaxt sakinləri isə bildirirlər ki, yeni aeroport elə ilk gündən yüklənəcək, halbuki Tegel əsas etibarilə Almaniya və Avropa daxilində reyslər vasitəsilə ildə təqribən 10 milyon sərnişinə xidmət edə bilər.
Berlin Senatı çətin ki, əksəriyyətin iradəsinin əleyhinə getsin. Berlin burqomistri Mixael Müller artıq bildirib ki, paytaxt aeroportlarını idarə edən şirkətin digər iki mülkiyyətçisinin – Almaniya hökumətinin və Brandenburq federal əyalətinin Tegelin məcburi bağlanması barədə mövqeyinin yenidən nəzərdən keçirilməsi imkanlarını müzakirə etmək üçün onlarla danışıqlara başlayacaq.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












