Təhlükə saçan avtobus sürücüləri - VİDEO

Bir neçə gün öncə Bakıda 592 saylı xətt üzrə hərəkət edən "İSUZU" markalı avtobus 135 saylı xərtt üzrə hərəkət edən avtobusu vurub. Nəticədə 135 saylı avtobusa ziyan dəyib.
Bu görüntülər 135 saylı marşrut xəttinin avtobuslarından birinin kamerası tərəfindən qeydə alınıb. Yayıan video görüntülərdə sürücülərin nəqliyyat vasitələrini təhlükəli və sərnişindaşıma qaydalarına zidd idarə etdikləri görünür.
135 saylı avtobusun sürücüləri deyir ki, belə hadisələr tez-tez baş verir: "Nağd ödəniş sistemi ilə işləyən avtobuslar bizə işləməyə imkan vermir. Qarşımızı kəsirlər, dayanacaqlardan gec çıxırlar, avtobuslarımızı qəsdən vururlar".
Sərnişinlər də bu avtobusların sərnişin götürmək üstündə təhlükəli manevretdiklərini təsdiqləyirlər.
Daha ətraflı ATV-nin hazırladığı videosujetdə:













