Təhlükəli xəstəlik daşıyıcısı olan şəxslərin meyiti yandırılacaq - Azərbaycanda

"Azərbaycanda məzarlıqlarla bağlı yeni qaydalar qanun layihəsi formasında Milli Məclisdə baxılmasına ehtiyac olmadı. Məsələ Nazirlər Kabinetin tərəfindən həll olunub və yaxın zamanlarda qərar layihəsi kimi açıqlanacaq". Bunu APA-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S. Novruzovun sözlərinə görə, müəyyən detallar aydınlaşandan sonra rəsmi sənəd açıqlanacaq: "Hər şey ölçülüb-biçilməlidir. Burada şəhidlərimizin məzarı var, tanınmış şəxslərin məzarı var. Məsələn, yazıçı, şair və sair. Daha sonra yerlərin ayrılması, məzarlıqların kimin idarəsinə verilməsi məsələsi var. Bələdiyyəyə verəkmi, yoxsa ayrıca qurum yaradaq? Bu məsələlər artıq yekunlaşmaq üzrədir. Yekunlaşan kimi açıqlanacaq. Ən ucuz qiymətə, eyni standartda olan məzarlar olacaq. Məzarlıqlar su hövzəsindən ən azı 300 metr kənarda salınacaq. Səbəb meyitin torpağa qarışdıqdan sonra suya sirayət etməsidir ki, buna yol vermək olmaz. Tibbi qaydalar nəzərə alınacaq. Elə xəstələr var ki, onları basdırmaq olmaz, nəşi yandırılmalıdır. Çünki elə xəstəliyin daşıyıcısı ola bilər ki, torpağa qarışdıqdan sonra yayılma ehtimalı böyük ola bilər. Ona görə layihədə təhlükəli xəstəlik daşıyıcısı olan ölənin nəşinin yandırılması məsələsi də əksini tapıb”.
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT












