Təhlükəsizlik Xidmətinin polkovnikinin avtomobili partladıldı – FOTO

Bu gün səhər Ukraynanın şərqindəki Mariupol şəhərində avtomobilin partladılması nəticəsində Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) vəzifəli əməkdaşı, polkovnik Aleksandr Xaraberyuş həlak olub. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Təhlükəsizlik Xidmətinin saytı yayıb. Milli Polisin Donetsk vilayəti üzrə İdarəsinin mətbuat xidməti hadisəni şərh edib: “Hadisə Mariupol şəhərinin Mərkəzi rayonunda, yerli vaxtla saat 08:35-də “Maksim” kafe-barının yaxınlığında baş verib. Partladılan avtomobilin “Toyota-Prado” markalı olduğu bildirilir. Fakt üzrə Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsi (terror aktı) ilə cinayət işi açılıb. Hadisəni Donetsk separatçılarının kəşfiyyat-diversiya qrupunun törətdiyi ehtimal olunur”. “Ukrayna Təhlükəsizlik Xidməti günahkarları tapıb cəzalandırmaq üçün hər şeyi edəcək. Biz borcumuzu çox tez qaytarırıq”, - UTX-in rəhbəri Vasili Qritsak bildirib.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












