Təkbaşına 5 erməni əsgərini məhv edən şəhidimiz dəfn olundu - FOTOLAR

Aprelin 2-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısı alarkən şiddətli döyüşlərdə şəhid olmuş Silahlı Qüvvələrimizin müddətdən artıq hərbi xidmət keçən qulluqçusu Ruhin Qəhrəmanov bu saatlarda dəfn edilib. Cəbrayıl rayonundan olan şəhidin dəfn mərasimi valideynlərinin yaşadığı Biləsuvar rayonundakı 2 saylı məcburi köçkün qəsəbəsində keçirilib. R.Qəhrəmanov cəbhənin Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Bu gün Biləsuvardakı məcburi köçkün qəbiristanlığında dəfn olunan şəhid əsgərimizlə bağlı əlavə məlumat əldə etmişik.
Modern.az-a məlum olub ki, onun atası da Hökumət Qəhrəmanov da 1-ci Qarabağ döyüşlərində iştirak edib. Ruhin Qəhrəmanov isə hələ bir neçə ay öncə cəbhənin Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək, təkbaşına 5 erməni əsgərini məhv edibmiş. Elə buna görə də o, həmin şücaətindən sonra “N” saylı hərbi hissənin rəhbəliyi tərəfində məzuniyyətlə mükafatlandırılıb. Bir ay öncə valideynlərinin yanına məzuniyyətə gələn əsgər dünən geriyə şəhid kimi döndü…
Qeyd edək ki, şəhid Ruhin Qəhrəmanovun digər qardaşı da Silahlı Qüvvələrimizin müddətdən artıq hərbi xidmət keçən qulluqçusudur. Şəhidin dəfni zamanı onun tabutuna çəkilmiş üçrəngli bayraq hərbçi qardaşına təqdim olunub.
Dəfndə izdiham yaşanıb...
Allah rəhmət eləsin…
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI

























