Təkərlərlə bağlı test – ƏKSƏRİYYƏTİ KEYFİYYƏTSİZDİR

Təkərlər təhlükəsiz hərəkət üçün vacib elemetdir. Avtomobilin tormozlaması, döngədə yoldan çıxmaması, amortizasiyası və sair təkərlərin keyfiyyətindən çox asılıdır. Bəs bütün təkərlər bu deyilənləri təmin edə bilirmi?
Avtosfer.az xəbər verir ki, İsveçrənin “Touring Club Suisse” klubu Avropa bazarında olan müxtəlif modellərdən 190 təkəri sınaqdan çıxarıb. Cəmi 5 təkər (2,6%) tələblərin 72%-nə cavab verib və ekspertlər bunlardan istifadəni “tam tövsiyə ediblər”. Başqa sözlə, bu təkərlər 10 ballıq şkala ilə 7-dən yuxarı bal toplayıb.
Bundan başqa təkərlərin 47%-i 5,1-7 arası bal yığa bilib. Test edilən şinlərin 42%-nin balı 5-dən aşağı olub. 10 təkər 1 bal, 5 təkər isə sıfır bal toplayıb.
Klub üzvləri bildirirlər ki, aşağı nəticəli təkərdən istifadə zamanı ekstremal hallarda arzuolunmaz nəticə qaçınılmazdır. Buna görə də təkər seçərkən təkcə qiymətə deyil, ekspert rəyinə və test nəticələrinə də baxmaq lazımdır. Təkər ustasının hansısa markaya və ya satış məntəqəsinə yönləndirməsi hələ düzgün seçim demək deyil.
Vüqar Yaşaroğlu
Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI
Vətəndaşın süni intellektlə hazırlanan videosunu yayanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakıda heç kimin fikir vermədiyi yaşlı kişinin köməyinə polis çatdı - VİDEO
Nil Monze bıçaqlandı - FOTOLAR
Ramazan ayının doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Bu, onların tabutuna vurulmuş son mismar idi - İlham Əliyev - VİDEO
Ermənistan hökuməti seçkilərə görə Avropa İttifaqına müraciət edib - POLİTOLOQ
Süni intellekt də Bakı tıxacı ilə bacara bilmir — "Möcüzə mümkün deyil"
Hər kəs Bakıda çəkilən bu görüntülərdən danışır: 5000 manat cəriməsi var — VİDEO
Əhmədlidə təmir edilən yol yenidən yararsız vəziyyətə düşüb - VİDEO
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Prezident İlham Əliyev








